Gəncədə konsert proqramı keçiriləcək. Bu haqda 3 avqust tarixində “Coca-Cola”ya istinadən məlumat veririk.
Tədbir Xəzər tv və “Coca-Cola”nın tərəfdaşlığı ilə baş tutacaq. Konsertdə Murad Arif, Hiss, Nərmin Kərimbəyova, Qurd, Könül Kərimova, Kazım Can və başqaları çıxış edəcəklər.
Proqram 5 avqust saat 20:00-da Heydər Əliyev parkında, “Zəfər tağı”nın önündə təşkil olunacaq. Konsertə şəhərin sakinləri və qonaqları dəvətlidirlər.