Gəncədə “Color party” keçiriləcək. Bu haqda 27 fevral tarixində “Chashka” antikafesinə istinadən məlumat veririk.
Tədbir “Chashka” antikafesində təşkil olunacaq. Əyləncə axşamı 12 mart saat 14:00-da başlayacaq və 19:00-dək davam edəcək. Buraya 4 nəfərdən ibarət komandalar qatılmalıdır. Hər qrup 1 kapitan və rəng seçməlidir. İştirakçılar həmin rəngdə geyinməlidirlər.
Bura hər kəs qatıla bilər. İştirak haqqı 10 manatdır. Qiymətə aşağıdakılar daxildir:
- Qəlyənaltılar;
- Oyun;
- Hədiyyələr;
- Musiqi.
Biletləri Təbriz küçəsi, 14 ünvanında (45 nömrəli məktəbin yanı) yerləşən “Chashka” antikafesindən əldə etmək olar.