Gəncədə uşaqlar üçün tamaşa göstəriləcək. Bu haqda 5 aprel tarixində İticket.az-a istinadən məlumat veririk.
Gəncə Dövlət Dram Teatrında “Buba: kosmo-şou” baş tutacaq. Tamaşa 19 may tarixində səhnələşdiriləcək. Hər biri 1 saat olmaqla 11:00 və 14:00-da iki seans təşkil ediləcək.
Rus dilində olan tədbirdə yaş məhdudiyyəti olmadan hər kəs iştirak edə bilər. Qiyməti 10, 15, 20 və 30 manat olan biletlər artıq satışa çıxarılıb. Onları İticket.az saytından əldə etmək mümkündür.