Gəncədə konsert proqramı olacaq. Bu haqda 12 mart tarixində “Gəncland” istirahət parkına istinadən məlumat veririk.
Novruz bayramı münasibətilə ailəvi əyləncə və istirahət parkında konsert təşkil olunacaq. Proqram 21 mart tarixində saat 15:00-da baş tutacaq. Konsertdə sürpriz müğənnilər, əyləncə və hədiyyə yağışı olacaq. İştirak ödənişsizdir.
Qeyd edək ki, “Gəncland” istirahət parkı Yeni Gəncə qəsəbəsində Heydər Əliyev parkında yerləşir.