14.7 C
Gence
14.7 C
Gence

Art Garden Ganja-da növbəti yarmarka baş tutacaq

Gəncədə yarmarka keçiriləcək. Bu haqda 3 noyabr tarixində Art Garden Ganja-ya istinadən məlumat veririk.

İCMA Yarmarkası 12 noyabr tarixində təşkil olunacaq. Orada əl işləri, kitab, aksesuarlar və s. nümayiş etdirilərək satışa çıxarılacaq. Maraqlanan sənətkarlar 10 noyabr tarixinədək (055) 936 30 17 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Tədbirin məqsədi regionda Yarmarka ideyasının təbliğatını, yerli sənətkarların əl işlərinin təqdimatını, məhsulların satışını həyata keçirməkdir.

Qeyd edək ki, yarmarka Vaqif küçəsi, 160 ünvanında təşkil olunacaq.

Ən Çox Oxunan