9.7 C
Gence
5.5 C
Ganja

24 saat işləyən və gecə gec bağlanan apteklər

Gəncəxəbər.az redaksiyası olaraq, 24 saat işləyən və gecə gec bağlanan apteklərin siyahısını hazırladıq.

Son zamanlar yeni yayılmış qrip virusuna yoluxanların sayının artması və havaların soyuq keçməsi səbəbi ilə İnstagram hesabımızda izləyicilərimiz arasında apteklərlə bağlı sorğu keçirdik. Nəticələrə əsasən, siyahı hazırlayaraq, oxucularımıza təqdim edirik.

24 saat işləyən apteklər:

  • “Əli” aptek – Şah İsmayıl Xətai prospekti, 417;
  • “Eldar-Zəhra” aptek – Abbas Səhhət adına xəstəxananın qarşısı;
  • “Eldar” aptek – Dəmiryol xəstəxanasının qarşısı, “Tural” restoranının yanı. Aptek gecə saat 02:00-da bağlanır, lakin sahibkarın şəxsi evi olduğu üçün zəng edərək lazımi dərman vasitəsini almaq mümkündür.

Gecə gec bağlanan apteklər:

  • “Vitamin” aptek gecə saat 01:30-dək açıqdır – Fətulla Həsənov küçəsi, 16;
  • “Dokta” aptek gecə 03:00-dək açıqdır – Fətulla Həsənov küçəsi, 19;
  • “Zeytun 26” aptek 03:00-dək açıqdır – Atatürk prospekti, “Osmanlı” dönərin yanı;
  • “Dokta” aptek 02:00-dək açıqdır – Zülfü Hacıyev küçəsi, “Sovxoz Nizaminin kruqu” adlanan ərazidə;
  • “Buta” aptek 02:00-dək açıqdır – Zülfü Hacıyev küçəsi.

Qeyd edək ki, keçirdiyimiz sorğuda adıçəkilən apteklər yer alıb.

Ən Çox Oxunan