Azərbaycan Texnologiya Universitetinin (ATU) əməkdaşı fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Gencexeber.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ATU-nun Yüngül Sənaye Mühəndisliyi və Dizayn kafedrasının əməkdaşı Razil Mirzəyevə 3326.01 – Toxuculuq və yüngül sənaye materiallarının və məhsullarının texnologiyası ixtisası üzrə, texnika elmləri sahəsində fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Qeyd edək ki, alim uzun illərdir universitetdə elmi-pedaqoji fəaliyyət göstərir.