Gəncə Şəhər Birləşmiş Xəstəxanasında daha bir həkim işə başlayıb. Bu haqda bu gün, 9 avqust tarixində Gencexeber.az tibb ocağına istinadən xəbər verir.
38 yaşlı Firuzə Hacıyeva uşaq kardioloqu kimi xəstəxanada fəaliyyətə başlayıb.
F.Hacıyeva Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsində ali təhsil alıb, Gəncə şəhər 2 saylı uşaq xəstəxanasında internatura kursu keçib. O, Türkiyənin İstanbul şəhərindəki Medical Park Bahçelievler xəstəxanasının kardioloji bölümündə ExoKQ, EKQ, holter-ritm monitorinq və tredmil test üzrə kurslar keçib.
Xanım həkim daha öncə bir neçə özəl tibb müəssisəsində uşaq kardioloqu kimi çalışıb.
[caption id="attachment_42201" align="alignnone" width="300"]
Foto Gəncə Şəhər Birləşmiş Xəstəxanası[/caption]