top
Atanızı istəyəndə əllərinizi göyə açın… - Şəhidin xanımı ilə MÜSAHİBƏ
19 sentyabr 2024, 12:00
- +

"Atanızı istəyəndə əllərinizi göyə açın…" - Şəhidin xanımı ilə MÜSAHİBƏ

 

Ötən il Azərbaycanın sentyabrın 19-20-də Qarabağ bölgəsində keçirdiyi antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də Elşad Süleymanovdur.

O, 1994-cü il yanvar ayının 19-da Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olub. Orta təhsilini 1 saylı Qızılhacılı tam orta məktəbində alan Elşad, elə öz həmkəndlisi Şəhla xanımla ailə həyatı qurub. Bu evlilikdən onların iki övladı dünyaya gəlib.

Gencexeber.az-ın əməkdaşı ilə söhbət edən şəhid xanımı həyat yoldaşının vətənə, ailəsinə çox bağlı olduğunu bildirib.

– Elşadın şəhidlik zirvəsinə ucalmasından 1 il ötür. Onsuz həyatınızı necə davam etdirirsiniz?

- Yoldaşım Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu olub. O, 8 il tankda tuşlayıcı vəzifəsində xidmət edib. Bu bir il müddətində hər gün onun məzarını ziyarət edirəm. Həqiqətən, çox ağırdır.

– Elşadın antiterror əməliyyatına qatılmasından öncə baş verən son hadisələri necə xatırlayırsınız?

- Yoldaşım həmin müddətdə məzuniyyətdə olduğu üçün qaynaqçı işləyirdi. O vaxt ona zəng gəldi. O, işlərini yarımçıq qoyaraq dərhal Ağdama yollandı. Elşad oradan əlaqə saxlayaraq dedi ki, döyüşlər olacaq, bu səbəbdən bizi hazırlayırlar. Mən hətta ağlayaraq bildirdim ki, qatılma, çünki evin tək övladıyam, qardaş və bacım yoxdu, atam isə bir müddət öncə vəfat edib.

Həmin günün axşamı onları ailələrini ziyarət etmək üçün bir günlük evə buraxdılar. Evə gələn Elşad uşaqlarının üzündən öpdü, oğlunun çiyninə əlinii qoyaraq "bu gündən evin kişisi sənsən" nəsihətini verərək qayıtdı.

Sentyabrın 19-u səhəri yenidən zəng edən Elşad "uşaqlar sənə əmanət" dedi. O, həmişə bir şüar işlədirdi: "Əgər torpağımı qoruya bilmirəmsə, ailəmi, uşağımı heç qoruya bilmərəm".

– Elşadın şəhid olmasından nə zaman və necə xəbər tutdunuz?

- Axşama kimi gözlədim, mesajlar atdım, hamısı bir xətt düşdü. Qohumlar, qonşular zəng edirdi, sən demə bütün kəndin artıq xəbəri varmış. Lakin bizə xəbər verilməmişdi. Sonra qaynatam evə gələrək bildirdi ki, Elşadın tankı vurulub. Yoldaşımın nəşi növbəti gün morqa təhvil verilib.

Sentyabrın 28-i axşam saatlarında bizi morqa dəvət etdilər. Mən onu gördüm, kəfənli vəziyyətdə tabutda idi. Halım pisləşdi, mənə iynə vurdular, sonrasını xatırlamıram.

Səhər tabut bizim evə gətirildi, daha sonra isə Balakürd kənd qəbirstanlığında Elşadı dəfn etdik.

– Övladlarınız atalarının şəhid olması ilə barışıbmı?

- Gözlərinin qarşısında dəfn edilməsinə baxmayaraq, hər gün sual verirlər ki, atamız nə vaxt gələcək? İnanmırlar. Deyirəm ki, göylərdədir. Siz atanızı istəyəndə əllərinizi göyə açın, o sizi izləyir. Qızımız bu il birinci sinfə gedir. O qədər ailəsinə sevgi bəsləyib ki, mən yaşadıqlarımı yenidən hiss edirəm. Çox çətindi, çox… Uşaqlarıma görə ayaqda qalıram. Elşadı necə sevmişəm, necə istəmişəm… Bu gün isə o bir ildir ki, yoxdur. Buna baxmayaraq mən hər gün onu gözləyirəm.

Qızımın altı yaşı dekabrda tamam olacaq – Süleymanova Mələk Elşad qızı. Oğlum Süleymanov Məftun Elşad oğlunun isə noyabr ayında 8 yaşı tamam olacaq, üçüncü sinifdə oxuyacaq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:43

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:33

Gəncədə dispanser xəstəxana ilə birləşdirilir

Bütün xəbərlər
Bu gün, 10:32

Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
Bu gün, 09:40

Gəncəli məktəblilərindən böyük uğur

Bütün xəbərlər
Dünən, 18:00

MKTİB: Sanitariya qaydalarını pozanlar məsuliyyətə cəlb olunacaq

Bütün xəbərlər
Dünən, 17:24

Buraxılış imtahanının nəticələri elan olunub

Bütün xəbərlər
Dünən, 16:49

Gəncəli müəllimlər Avropada təcrübə qazanacaqlar

Bütün xəbərlər
Dünən, 16:15

Gəncəli Əməkdar artistin 79 yaşı tamam olur

Bütün xəbərlər
Dünən, 15:43

Gəncəli Xalq artistinin qardaşı qızının meyiti tapıldı

Bütün xəbərlər
Dünən, 15:05

Gəncədə "BakuBus" sürücüsü ağsaqqalı "söhbətə çağırdı" - "Gəl bura!"

Bütün xəbərlər
Dünən, 14:37

Bu gün gəncəli yazıçı Sahib İbrahimlinin doğum günüdür

Bütün xəbərlər
Dünən, 13:39

MKTİB Gəncənin girişini bəzədi

Bütün xəbərlər
Dünən, 12:35

Sabiq idarə rəisi vəfat etdi

Bütün xəbərlər
Dünən, 10:39

Bakı-Ağstafa-Bakı qatarı Kürdəmirdə də dayanacaq

Bütün xəbərlər
Dünən, 10:07

Gəncədə ara məsafəni saxlamayan sürücü qəza törədib

Bütün xəbərlər
Dünən, 09:35

Gəncədə qanunsuz inşa olunan tikili sökülüb

Bütün xəbərlər
16 aprel 2026, 18:00

Gəncədə hazırlıq müəllimi 77 min manat qarşılığında…

Bütün xəbərlər
16 aprel 2026, 17:09

69 yaşlı qadının meyiti tapılıb

Bütün xəbərlər
16 aprel 2026, 16:24

ATU-da qanvermə aksiyası keçirilib

Bütün xəbərlər
16 aprel 2026, 15:45

Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb

Bütün xəbərlər
16 aprel 2026, 15:05

Gəncə sakinləri İNSAN ALVERİNƏ görə axtarılır

Bütün xəbərlər
16 aprel 2026, 14:26

Sabah 22 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
16 aprel 2026, 13:48

"Gəncə Mall"un yanında sökülən binalar tarixi idi? – İDDİALARA CAVAB

Bütün xəbərlər
16 aprel 2026, 13:06

Bu uşaqlar peyvənd olunacaq

Bütün xəbərlər
16 aprel 2026, 12:30

1 yaşlı uşaq qızdırmadan öldü

Bütün xəbərlər
16 aprel 2026, 10:51

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə

Bütün xəbərlər
16 aprel 2026, 10:31

Gəncədə 57 yaşlı qadını maşın vurub

Bütün xəbərlər
16 aprel 2026, 10:12

Şəmkirdə kişini cərəyan vurub öldürdü

Oxşar xəbərlər